Braziliyalı futbolçu mövsümün sonunda “Çelsi”dən ayrılacaq
Bakı, 29 aprel, AZƏRTAC
İngiltərənin “Çelsi” komandasının aparıcı futbolçularından biri mövsümün sonunda komandadan ayrılacaq.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Tiaqo Silva London təmsilçisini tərk edəcək.
Bununla bağlı videomüraciət yayımlayan 39 yaşlı “sambaçı” bir gün yenidən “zadəganlar”a fərqli vəzifədə qayıdacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Tiaqo Silva İngiltərə nəhənginə 2020-ci ilin yayında keçib.
Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib
Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub
® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib