×
A
A
A
Sazlamalar

DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması hadisəsi ilə bağlı açıqlama verib.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. “Ona zəruri tibbi yardım göstərilib”, - deyə DSX-dən bildirilib.

 

Ordu 2024-04-29 15:07:00