×
A
A
A
Sazlamalar

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

Bakı, 29 aprel, AZƏRTAC

Məşqçi Ləman Göyüşova İtaliyanın Rimini şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə baş tutan “Young Leaders Forum” beynəlxalq tədbirində Azərbaycan Gimnastika Federasiyasını (AGF) təmsil edib.
AGF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gimnastika dünyasında mövcud olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Young Leaders Forum”un keçirilməsində əsas məqsəd iştirakçıların burada əldə etdikləri bilik və təcrübələri öz ölkələrində tətbiq etmələrinə kömək etməkdir.

İdman 2024-04-29 15:07:00