×
A
A
A
Sazlamalar

Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində 1/4 finalın oyunları keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilk gündə "Günəşli" və "Şağan" komandaları üz-üzə gəlib. Görüş birincilərin qalibiyyəti ilə yekunlaşıb - 3:0.
Növbəti matçda "Qaraçuxur" "Mərdəkan" komandasına 2:5 hesabı ilə uduzub.
Yarışın ikinci günündə 1/4 final mərhələsinin növbəti matçları keçirilib. "Zabrat" və "Biləcəri" arasında baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 1:0.
"Sabunçu" isə "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub.
Qalib komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

İdman 2024-04-29 14:49:00