Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub
Bakı, 29 aprel, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.
AZƏRTAC Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmiz mayın 9-13-də təşkil olunacaq yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunacaq.
Yunan-Roma güləşi üzrə yığmada Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alacaqlar.
Qadınların mübarizəsində isə Maria Stadnik (50 kiloqram), Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) qüvvəsini sınayacaq.
Yarışda ümumilikdə 54 lisenziya öz sahibini tapacaq. Reqlamentə əsasən, hər çəkidə finala çıxanlar və bürünc medalçılar arasında pley-off görüşünün qalibi “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar.
“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb
Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər
Azərbaycanın iki boksçusu finala yüksəlib, üçü bürünc medal qazanıb
Premyer Liqaya vəsiqə qazanacaq komandanın mükafatlandırma mərasiminin vaxtı açıqlanıb
PFL Azərbaycan çempionları üçün hazırlanmış yeni kubok və medalları təqdim edib VİDEO