Son çempion iki əcnəbi voleybolçu ilə yollarını ayırıb
Bakı, 29 aprel, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası iki oyunçusu ilə yollarını ayırıb.
Bu barədə AZƏRTAC-a “dəmiryolçular”ın baş məşqçisi Cengiz Akarçeşmə məlumat verib.
Türkiyəli mütəxəssis bildirib ki, libero mövqeyində çıxış edən tailandlı Piyanot Pannoy və dominikanlı blokçu Cineri Martinez Bakı klubunu tərk ediblər.
Onun sözlərinə görə, P. Pannoy ABŞ, C. Martinez isə Çin komandalarından biri ilə anlaşıb.
Qeyd edək ki, “Azərreyl” Yüksək Liqanın finalında “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.
“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb
Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər
Azərbaycanın iki boksçusu finala yüksəlib, üçü bürünc medal qazanıb