Bakıdakı Avropa Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Bakı, 29 aprel, AZƏRTAC
Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda İlona Zeynalova qüvvəsini sınayacaq.
Qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda medallar uğrunda mübarizə aparacaq.
Turnirdə 34 ölkədən idmançıların iştirakı gözlənilir. Milli Gimnastika Arenasında təşkil olunacaq yarış mayın 3-5-də baş tutacaq.
Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib
Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib
Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub
® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!