×
A
A
A
Sazlamalar

“Paris-2024”ə lisenziya qazanan Azərbaycan avarçəkəni: Bu, əziyyətin, çox çalışmağın nəticəsidir

Bakı, 29 aprel, AZƏRTAC

“Olimpiadaya lisenziya qazandığım üçün xoşbəxtəm. Nəticədən razıyam”.
AZƏRTAC xəbər verir ki, bu sözləri akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında 2-ci yeri tutaraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.
35 yaşlı idmançı bildirib ki, bu uğur əziyyətin, çox çalışmağın nəticəsidir: “Yarış çox çətin keçdi. Çünki hava küləkli idi. Bu, isə avarçəkənlərə mane olurdu”.
Qeyd edək ki, bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 18-ci lisenziyası olub.

İdman 2024-04-29 11:51:00