×
A
A
A
Sazlamalar

Basketbol üzrə Azərbaycan çempionatında pley-off oyunlarının tarixi məlum olub

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında pley-off oyunlarının tarixi məlum olub.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, 1/4 final mərhələsindən başlayacaq görüşlər aprelin 30 və mayın 1,2,3-də keçiriləcək.
30 aprel
19:30 "Xırdalan"-"Neftçi"
1 may
19:30 "Xəzri"-"Sərhədçi"
2 may
19:30 "Neftçi"-"Xırdalan"
3 may
19:30 "Sərhədçi"-"Xəzri"
Qeyd edək ki, pley-off seriyalarında ən tez iki qələbə qazanmış komandalar yarımfinala yüksələcəklər. Əgər seriyalarda 1-1 hesablı bərabərlik olarsa, o zaman üçüncü oyun baş tutacaq.

İdman 2024-04-29 11:36:00