“Səbail” Azərbaycan çempionatlarında yubiley matçını keçirib
Bakı, 29 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu “Səbail” üçün əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu Premyer Liqada 200-cü oyununu keçirib.
“Səbail”in yubileyi “Sabah”la səfər matçına təsadüf edib. Hesabında 50 qələbə və 44 heç-heçə olan komanda 106-cı məğlubiyyətini alıb – 0:2.
“Dənizçilər” Premyer Liqada 2017-2018-ci illər mövsümündə debüt edib. 2017-ci il avqustun 13-də “Zirə”nin qonağı olan “dənizçilər” 1:3 hesabı ilə məğlub olub.
® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb
“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb