×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu yenilənib

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.
Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 tamaşaçı qeydə alınıb.
Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.

İdman 2024-04-29 11:32:00