×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Qarabağ” rekordun 3 addımlığında dayanıb

Bakı, 29 aprel, AZƏRTAC

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.
Qurban Qurbanovun başçılıq etdiyi komanda cari mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk edib. Həmin matç da eyni hesabla bitib.
Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-1995-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

 

İdman 2024-04-29 11:01:00