Azərbaycan taekvondoçuları Prezident Kubokunda 12 medal qazanıblar
Bakı, 29 aprel, AZƏRTAC
Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Prezident Kubokuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət Azərbaycan millisi 5 medal qazanıb.
Komandanın heyətində Gülü Zamanlı (42 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kiloqram) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kiloqram), Mehdi Budaqlı (45 kiloqram) və Ziya Həsənli (55 kiloqram) üçüncü yeri tutublar.
Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komanda yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO
Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var