Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
Bakı, 29 aprel, AZƏRTAC
Şahmat üzrə Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında birinci olub.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Bundesliqa təmsilçisi “Viernheim” komandasının heyətində çıxış edən iti zəka sahibi maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.
Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” isə turniri altıncı pillədə başa vurub.
Qeyd edək ki, Bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.
Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO
Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var