×
A
A
A
Sazlamalar

Premyer Liqa: Bu gün XXXII tura yekun vurulacaq

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
"Zirə" hazırda 49 xalla turnir cədvəlində dördüncü, "Araz-Naxçıvan" isə 32 xalla doqquzuncu pillədə qərarlaşıb.
Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

İdman 2024-04-29 10:11:00