Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif qoşun növlərini təmsil edən 9 komanda üzrə 27 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Fərdi hesabda 1-ci yerə müddətli əsgər Mirsadiq Məmmədov, 2-ci yerə gizir Tural Məmmədov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əziz Hüseynov layiq görülüb.
Yarışın yekununda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıblar.
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir