Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrup dinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.
Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir