Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən iki ölkənin hərbi mütəxəssisləri arasında müxtəlif mövzularda görüşlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşlərdə Milli Orduda hərbi tibb sahəsində və kiber təhlükəsizliklə əlaqədar görülən tədbirlər, informasiya mübarizəsi işinin təşkili, peşəkar hərbi kadrların yetişdirilməsi, ideoloji iş və mənəvi psixoloji təminat və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, brifinqlər təqdim edilib.
Görüşlərdən sonra Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Hərbi Tibb Fakültəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı və Hərbi Nəşriyyatda görülən işlərlə tanış olub.
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir