×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1064-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565 (Cild I) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 4.7-ci bənddə “, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərtilə” sözləri “məbləğində” sözü ilə əvəz edilsin.
2. 4.10-cu bəndin birinci cümləsində “30” rəqəmləri “24” rəqəmləri ilə əvəz edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 aprel 2024-cü il

№ 225

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Fərdi sahibkarların ticarət fəaliyyəti haqqında” 4-ticarət №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Fiziki şəxslərin ticarət fəaliyyəti haqqında” 1-ticarət (fiziki şəxs) №-li rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 19 iyul tarixli 59/13 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il 27 avqust tarixli 17/13 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 yanvar tarixli Q5-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli Q27-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Qərarlar 2024-04-23 16:40:00