×
A
A
A
Sazlamalar

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildiriblər ki, “Şüa” idman kompleksində təşkil olunan turnirdə Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını nümayiş etdirir.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. Yarışda həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşəcək. Çempionatın final görüşləri aprelin 21-də keçiriləcək. Fərqlənən iştirakçılara ASTF-nin mükafatları təqdim olunacaq.

İdman 2024-04-20 14:45:00