İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, həmçinin onun müasir dövrümüzə qədər gəlib çıxan irsinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü akademik İsa Həbibbəyli “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmasına cəhdlər göstərilib. "Bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsi xüsusi yer tutur. Sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması vacibdir”, - deyə akademik vurğulayıb.
Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb
Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb
Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub