“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
Bakı, 20 aprel, AZƏRTAC
Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan “Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, Biləsuvar və Şəkidə yerləşən Heydər Əliyev mərkəzlərində, Tovuz şəhər Nizami adına mədəniyyət evində təşkil olunan tədbirlərdə bəstəkarın əsərləri səsləndirilib.
Müxtəlif regionlar üzrə reallaşan konsertdə Salyan, Biləsuvar, Neftçala incəsənət məktəblərinin və Hacıqabul, Şirvan, Salyan, Şəki, Ağstafa, Tovuz və Qazax musiqi məktəblərinin kollektivi iştirak edib.
“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb
Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır
Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq