Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda məruzə ediblər
“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə
Kürdəmir Peşə Liseyində “Açıq qapı” günü təşkil olunacaq
Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək
ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb