Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək
Bakı, 20 aprel, AZƏRTAC
Birinci Türk Dövlətləri Kardiologiya Qurultayının keçirilməsi Türk dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Türk Dövlətləri Kardiologiya Qurultayında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
O vurğulayıb ki, tarix boyu türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb: “Düşünürəm ki, türklərin öz tarixlərinə olan bağlılığı bundan sonra da davam edəcək”.
İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb
DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub