"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik
Bakı, 20 aprel, AZƏRTAC
"Bu gün Azərbaycan Kubokunda tarix yazmaq istəyirik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Neftçi" basketbol komandasının baş məşqçisi Anar Sarıyev Azərbaycan Kubokunun finalında bu gün "Xəzri"yə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Mütəxəssis kuboku qazanacaqlarına inandığını söyləyib: "Xəzri" debütant olsa da, möhtəşəm mübarizə aparır. Heyətlərində çox yaxşı oyunçular var. Bura kimi gələn komandalar zəif olmur. Bu gün tarix yazmaq istəyirik. Ümid edirəm ki, hər şey planladığımız kimi gedəcək və kubokun qalibi olacağıq. Hədəfimiz sezonu "qızıl dubl"la bitirməkdir".
A. Sarıyev yarımfinalda məğlub etdikləri "Sərhədçi"nin güclü komanda olduğunu söyləyib: "Onlar bizə qarşı sonadək mübarizə apardılar. Düzünü desəm, tam olmasa da, səksən faiz basketbolçularımdan istədiyimi aldım. Çox xoşbəxtik ki, finaldayıq".
Qeyd edək ki, "Xəzri" və "Neftçi" arasında "Sərhədçi" İdman Mərkəzində baş tutacaq Azərbaycan Kubokunun final qarşılaşması bu gün saat 15:00-da start götürəcək.
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə