Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb
Bakı, 20 aprel, AZƏRTAC
Qafqaz Albaniyası 1000 ilə yaxın müddətdə mövcud olmuşdur. Bu dövlət dünya tarixinə verdiyi töhfəsinə görə yeni tarixi model yaratmışdır. Azərbaycan dünya albanistikasının mərkəzinə çevrilmişdir. Azərbaycanda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI Beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Ən mühüm məsələ Qafqaz Albaniyasının tarixi, coğrafiyası ilə bağlıdır. Bu dövlət Kürün hər iki sahilində yerləşmiş, eyni tarixi coğrafi ərazidə inkişaf etmişdir. Qafqaz Albaniyasının Azərbaycanda elmi şəkildə öyrənilməsi pərakəndə deyil, institusional şəkildə həyata keçirilir. XI konfransa qədər böyük yol keçilmiş, bu vaxtadək ciddi araşdırmalar aparılaraq dərc edilmişdir”, - deyə tarixçi vurğulayıb.
Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub
ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb
XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib
Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb