×
A
A
A
Sazlamalar

Xətai rayonunda qətl törədilib

Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2024-04-20 09:22:00