×
A
A
A
Sazlamalar

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 19 aprel, AZƏRTAC

Bu il yanvarın 5-də Füzuli rayonunun Kürdmahmudlu kənd sakini 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Füzuli Rayon Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istintaqla 2005-ci il təvəllüdlü Neymət Bayramlının rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Azər Allahverdiyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanan sübutlar əsasında Neymət Bayramlıya Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cəmiyyət 2024-04-19 17:47:00