×
A
A
A
Sazlamalar

BDU-da çiçəkəkmə aksiyası

Bakı, 19 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş çiçəkəkmə aksiyası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, çiçəkəkmə aksiyasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının üzvləri, BDU könüllüləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.
Aksiyada 500-dək gül əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Elm və təhsil 2024-04-19 17:27:00