×
A
A
A
Sazlamalar

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Ağcabədi, 19 aprel, Göyçək Mahmudlu, foto Tofiq Babayev, AZƏRTAC

Hər il Azərbaycan üzərindən 20 milyondan çox su-bataqlıq quşu miqrasiya edir və ölkəmizdə su-bataqlıq quşlarının toplaşma məntəqələrindən ən əsaslarından biri Ağgöl Milli Parkıdır. Parkın ərazisi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsi məqsədilə təsis edilmiş Ramsar Konvensiyasına daxil olunub.
AZƏRTAC xəbər verir ki, bunu Ağgöl Milli Parkına təşkil edilən mediatur zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, mühüm su-bataqlıq ərazisi kimi beynəlxalq əhəmiyyətə malik Ağgöl Milli Parkında 2024-cü ildə 78 minə yaxın ornitofauna nümunəsi sayılıb: “Həmin göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. Park quşların toplaşdığı böyük məntəqələrdən biri olduğundan köç dövrlərində, həmçinin ilin digər zamanlarında da ərazidə quşların həm istirahət və dayanma yerləri, həm də yuvalaması üçün münbit şərait mövcuddur”.

Cəmiyyət 2024-04-19 17:12:00