Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
Bakı, 19 aprel, AZƏRTAC
Qara Qarayevin ev-muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin ev-muzeyinin müdiri, dahi bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva çıxış edərək Məmmədağa Umudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıblar.
Muzeyin şöbə müdiri Xanım Abdinova M.Umudovun həyat və yaradıcılıq yolu haqqında çıxış edib. Onun çıxışı bəstəkarın fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunub.
Digər natiqlər də M.Umudovun yaradıcılığından, pedaqoji fəaliyyətindən danışıblar.
Tədbirin bədii hissəsində Məmmədağa Umudovun əsərlərindən ibarət videokonsert nümayiş olunub.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Məmmədağa Umudovun müəllifi olduğu kitabları imzası ilə iştirakçılara təqdim edib.
ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib
“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb