Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək
Bakı, 19 aprel, AZƏRTAC
Türkmənistan Orta Asiyadan Cənubi Qafqaz və Avropa istiqamətində fəaliyyət göstərəcək nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək. AZƏRTAC türkmən mediasına istinadla xəbər verir ki, bu fikirləri Türkmənistanın xarici işlər naziri Rəşid Meredov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev ilə görüşündə səsləndirib.
Türkmənistan XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur ki, görüş əsnasında TRACECA çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Danışıqlar zamanı qeyd olunub ki, Türkmənistan regionun nəqliyyat-tranzit potensialının yaradılması və inkişafında fəal rol oynayır. Rəsmi Aşqabad nəqliyyat və tranzit dəhlizlərinin investisiya imkanlarının genişləndirilməsinə yönəlmiş müvafiq TRACECA sənədlərinin birgə icrasını davam etdirməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı Türkmənistanın 2023-cü il noyabrın 14-də Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Sazişə qoşulması faktı bəyan edilib. Bu saziş Avropa, Qara və Xəzər dənizləri, Qafqaz və Asiya regionlarında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.
Tərəflər Türkmənistanın nəqliyyat sənayesinin mütəxəssislərinin cəlb edilməsi ilə bundan sonra birgə tədbirlərin və tematik görüşlərin keçirilməsinin zəruriliyini də qeyd ediblər.
® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb
Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH
® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb
BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib