×
A
A
A
Sazlamalar

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi (DİM) əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar olaraq, DİM tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bərdə, Ağcabədi, Ağdam, Tərtər rayonlarında keçirilən üçgünlük təlimlər “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularını əhatə edib.
Təlim iştirakçılarına mövzular ətrafında məlumat verilib, onlarla aparılıb və sualları cavablandırılıb.

Elm və təhsil 2024-04-19 14:23:00