Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək
Bakı, 19 aprel, AZƏRTAC
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 19-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq
Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub
“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub
Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb