×
A
A
A
Sazlamalar

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsil qrantı 5 illik müddəti əhatə edir.
Namizədlər mayın 20-dək müvafiq ölkənin aidiyyəti qurumlarına (nazirliklər, səfirliklər və s.) müraciət üçün tələb olunan sənədləri təqdim etməlidirlər.
Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

 

Elm və təhsil 2024-04-19 12:50:00