×
A
A
A
Sazlamalar

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Bakı, 19 aprel, AZƏRTAC

Avstraliya vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır.
AZƏRTAC “The Barrons” saytına istinadla xəbər verir ki, Avstraliya hökuməti əvvəlcə vətəndaşlarına mümkün qədər hər iki bölgəyə səyahətdən çəkinməklə bağlı xəbərdarlıq edib. Lakin bu gündən etibarən Avstraliya Xarici İşlər Nazirliyi vətəndaşlarını həmin ərazilərdən çıxmağa çağırıb.
Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə raket zərbələri endirib. İsrail isə buna cavab olaraq ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

 

Dünya 2024-04-19 10:55:00