İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib
Bakı, 19 aprel, AZƏRTAC
Təl-Əviv İsrail ordusunun aprelin 19-da İran ərazisinə hava zərbəsi endirdiyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə İsrail nümayəndəsinə istinadla məlumat yayıb. O, zərbənin İranın İsrailə raket və PUA hücumlarına cavab olduğunu vurğulayıb.
Hücumun İrana nə qədər ziyan vurduğu hələ aydın deyil. İsrail rəsmisi, eyni zamanda, bunun Təl-Əvivin Tehranı İranın daxilindəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğuna inandırmaq məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, bir müddət öncə, ABC telekanalı İsrailin İrandakı bəzi obyektlərə raket hücumu həyata keçirdiyi barədə məlumat yayıb. Eyni zamanda, “Fars” agentliyi İsfahan şəhərinin hava limanı yaxınlığında partlayış səslərinin eşidildiyini yazıb.
Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb
Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb
Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər
Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb