Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub
Lissabon, 19 aprel, AZƏRTAC
Azərbaycan ilə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) arasında gələcək əməkdaşlıq imkankarına dair fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın iqamətgahı Vatikanda olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov KAICIID-in Lissabon şəhərindəki baş qərargahında mərkəzin Baş katibi Zuhair Əlharti ilə görüşüb.
Görüşdə dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsi, anlaşma və qarşılıqlı birgəyaşayışın təşviqi, cəmiyyətlərimizdə dialoq və tolerantlıq dəyərlərinin müdafiəsi üçün mənalı əməkdaşlıq imkanları ətrafında müzakirələr olub.
Müharibə qəhrəmanlarının xatirəsi illər boyu yaşayır
Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır
Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb
Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir