×
A
A
A
Sazlamalar

Zərdabda sənədsiz silahlar aşkar edilib

Bakı, 19 aprel, AZƏRTAC

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-dən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən növbəti tədbirlərlə rayonun Bıçaqçı və Şahhüseynli kənd sakinlərindən sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Cəmiyyət 2024-04-19 08:12:00