×
A
A
A
Sazlamalar

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Cəmiyyət 2024-04-19 03:29:00