İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb
Bakı, 18 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Müharibə qəhrəmanlarının xatirəsi illər boyu yaşayır
Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır
Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb
Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir