×
A
A
A
Sazlamalar

Respublika Pediatriya Mərkəzi yaradılıb

Bakı, 18 aprel, AZƏRTAC

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyin artırılması, uşaqların müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib. Mərkəzin direktoru kollektivə təqdim edilib.
Məlumat üçün bildirək ki, Azər Əhmədov Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. Türkiyənin Ankarada Qazi Universitetində təhsilini davam etdirərək doktoranturada oxuyub və həmin şəhərdə özəl tibb müəssisələrində çalışıb. Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. Təyinat müddətinədək Ege Hospitalda pediatr kimi çalışıb.

 

Cəmiyyət 2024-04-18 18:44:00