×
A
A
A
Sazlamalar

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Bakı, 18 aprel, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağdaşa səfəri çərçivəsində şəhid polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ailəsini ziyarət edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətlərindən danışıblar.

Cəmiyyət 2024-04-18 18:11:00