Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
Bakı, 18 aprel, AZƏRTAC
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə penaltilər seriyasında (4:3) qalib gəldikləri matçda unikal göstəriciyə imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis Pep Qvardiolanın çalışdırdığı komandaları 3 dəfə bu turnirdən kənarlaşdıran ilk məşqçi olub. İndiyədək bu göstəriciyə heç kəs nail olmayıb.
İspaniyalı baş məşqçi daha əvvəl 2014-cü ildə “Bavariya”nın, 2022-ci ildə isə “Mançester Siti”nin başında Karlo Ançelottinin çalışdırdığı “kral klubu”na məğlub olub.
Qeyd edək ki, “Real Madrid”in finala çıxmaq uğrunda mübarizə aparacağı rəqibi Almaniya nəhəngi “Bavariya” olacaq.
Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib
Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb
AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam
Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib
Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar