×
A
A
A
Sazlamalar

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 18 aprel, AZƏRTAC

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8 min manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində oxşar cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.



 

Cəmiyyət 2024-04-18 14:59:00

Video