Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb
Bakı, 18 aprel, AZƏRTAC
Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub.
AZƏRTAC xəbər verir ki, Der Spiegel jurnalının məlumatına görə, Bavariya federal əyalətinin Bayroyt şəhərində keçirilən əməliyyat nəticəsində 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. saxlanılıb.
Müstəntiqlər hesab edirlər ki, şübhəlilər 2023-cü ilin oktyabr ayından bəri Almaniyada təxribat törətməklə bağlı Rusiya xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi aparırlar. Onlar hərbi infrastruktur və sənaye obyektlərində yanğın və partlayış planları hazırlayıblar. Diversantların hədəfində hərbi yüklərin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları da olub.
Almaniya prokurorluğu Dieteri kəşfiyyat və təxribat məqsədi daşıyan gizli fəaliyyətdə, Aleksandrı isə xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edir.
Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb
Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib
Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər
İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb