×
A
A
A
Sazlamalar

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Bakı, 18 aprel, AZƏRTAC
"Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Xəzri" komandasının basketbolçusu Amil Həmzəyev Azərbaycan Kubokunun finalına vəsiqə qazanmaları barədə danışarkən deyib.
Kapitan yarımfinalda qalib gəldikləri "NTD-İndiqo"nun güclü komanda olduğunu bildirib: "Son həftələrdə yaxşı nəticələr əldə edə bilmirdik. Bunun da səbəbi zədəli oyunçuların çox olması idi. "NTD-İndiqo"ya qarşı keçirdiyimiz matçı da erkən final adlandırardım. Gərgin alındı. Əsas odur ki, ilk mövsümdə finala vəsiqə qazanmağı bacardıq".
33 yaşlı basketbolçu finalda rəqibləri olan "Neftçi"yə qalib gələcəklərinə inandığını söyləyib: "İstərdim ki, yarımfinalda "Sərhədçi" "Neftçi"ni məğlub etsin və həlledici mərhələdə bizə rəqib olsun. "Ağ-qaralar" bu mövsüm yaxşı təsir bağışlayırlar. Hədəf hər iki cəbhədə qalib olaraq, sezonu "qızıl dubl"la bitirməkdir".
Qeyd edək ki, "Xəzri" və "Neftçi" arasında baş tutacaq Azərbaycan Kubokunun finalı aprelin 20-də keçiriləcək.

İdman 2024-04-18 11:54:00