×
A
A
A
Sazlamalar

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

Bakı, 18 aprel, AZƏRTAC

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf turnirində iştirak edəcək.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq.
Görüşlər müvafiq olaraq, aprelin 23, 25 və 28-də təşkil olunacaq.

 

İdman 2024-04-18 11:51:00