Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək
Bakı, 18 aprel, AZƏRTAC
Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım ayırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin maliyyə naziri Çoi Sanq Mok deyib.
Bu məbləğ Koreya Respublikasının Prezidenti Yun Sok Yolun əvvəllər Kiyevə, o cümlədən orta və uzunmüddətli perspektivdə ayıracağına söz verdiyi 2,3 milyard dollara daxildir. İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu vasitəsilə orta və uzunmüddətli perspektivdə Ukraynanın yenidən qurulması və əsas infrastruktur obyektlərində işlərin görülməsi üçün 2,1 milyard dollar ayrılacaq.
İndoneziyada vulkan püskürməsi baş verib
Donuz böyrəyi köçürülən ABŞ vətəndaşı iki ay sonra vəfat edib
Şimali Makedoniyanın ilk qadın Prezidenti vəzifəsinin icrasına başlayıb
Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırıb
Belqorodda binanın bir hissəsinin uçması nəticəsində 15 nəfər ölüb