×
A
A
A
Sazlamalar

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Bakı, 17 aprel, AZƏRTAC

Qadın voleybolçuların Yüksək Liqasında finala çıxan ilk komanda məlum olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalda "Gəncə" və "Azərreyl" komandaları üz-üzə gəliblər. Görüş paytaxt təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə bitsə də, ilk matçda qazanılan (3:0) qələbə sayəsində "dəmiryolçular" həlledici mərhələyə adlayıb.
Qeyd edək ki, yarımfinalın digər görüşü aprelin 18-də "Murov Az Terminal" və "Abşeron" arasında baş tutacaq. Cütün ilk qarşılaşmasında ikincilər 3:1 hesabı ilə qalib gəlib.

İdman 2024-04-17 20:46:00